Hatayda bir ailənin 2 övladı xilas edildi -VİDEO

Türkiyədə güclü zəlzələdən əziyyət çəkən Hatayda axtarış-xilasetmə işləri davam etdirilir.

Gununsesi.info  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hatayın Antakya bölgəsində binanın uçması nəticəsində dağıntılar altında qalan ailənin övladları xilas edilib.

HTML tutorial

Məlumata görə, xilasedicilər 61 saat sonra 3 və 8 yaşlı bacıları xilas edə bilib. Uşaqlar xəstəxanaya çatdırılıb. Hazırda ailənin digər üzvlərinin xilas edilməsi üzrə işlər davam etdirilir.

Gununsesi.info