
Türkiyənin Hatay vilayətinin Antakya rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 10:20-də baş verib.
Yerin 11 kilometr dərinliyində baş verən zəlzələ ətraf ərazilərdə də hiss olunub. Zəlzələnin fəsadlarını araşdırmaq üçün qruplar işə başlayıb.
Kandilli Rəsədxanası isə zəlzələnin maqnitudasının 4,8 olduğunu açıqlayıb.
Gununsesi.info