“Hatayspor”un prezidentindən Qurban Qurbanov açıqlaması

Gələn mövsüm Türkiyə Superliqasında oynayacaq “Hatayspor” “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilə danışıqları davam etdirir.

Gununsesi.org xəbər verir ki,  bu barədə “Hatayspor”un prezidenti Nihat Tazearslan “CBC Sport”a açıqlama verib:”Hələ heç nə bəlli deyil. Hər şey bu həftə bəlli olacaq. Hazırda danışıqlar davam edir. Cümə günü İdarə Heyəti ilə toplantı keçirəcəcəyik və bu məsələyə də orada aydınlıq gələcək”.

 

 

Gununsesi.org