Hava BU TARİXDƏ sabitləşəcək - Umayra Tağıyeva AÇIQLADI

  • By admin
  • 08 May 2022 12:44

Ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşməsi mayın 13-də gözlənilir.

Gununsesi.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, respublikanın rayonlarında mayın 9-u və 10-da fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Lakin güclü yağıntılar gözlənilmir.

Gununsesi.info