Sabah Bakıda 17° isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info -ya  verilən məlumata əsasən, Martın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman
olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında isə səhər saatlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda
gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.

HTML tutorial

Gununsesi.info