Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə daha bir xəbərdarlıq yayıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın rayonlarında oktyabrın 13-ü şərq rayonlarından başlayaraq 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi 14-də gündüz, 15-də isə bəzi yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Gununsesi.info