Hava kəskin dəyişir: 27 noyabradək… - Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

  • By admin
  • 23 Noyabr 2021 13:32

Havanın dəyişəcəyi haqqında xəbərdarlıq edilib.

Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7°aşağı enəcək.

Azərbaycanın rayonlarında noyabrın 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 24-ü axşamdan 25-i gündüzədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Gununsesi.info