Hava limanı yaxınlığında təyyarə qəzası: 12 nəfər öldü

  • By admin
  • 30 Oktyabr 2023 11:23

Braziliyada kiçik təyyarə qəzası 12 nəfərin həyatına son qoyub.

Gununsesi.info xəbər verir ki, təyyarə ölkənin şimal-qərbindəki Rio Branko şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Onların arasında uşaq da olub.

Təyyarə özəl şirkətə məxsus olub.

Şirkət təyyarənin yerə dəydikdən dərhal sonra alovlandığını bildirib.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadaları gəlib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info