
Təl-Əviv Beynəlxalq Hava Limanında iki sərnişin təyyarəsi toqquşub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Qaley ÇAXAL” radiosu məlumat yayıb. Verilən məlumata görə, Almaniyanın German Wings aviaşirkətinə məxsus sərnişin təyyarəsi buksir zamanı arxaya verilərkən uçuşa hazırlaşan İsrailin El Al aviaşirkətinə məxsus təyyarəsi ilə toqquşub. Reys təxirə salınıb və təyyarədə olan sərnişinlər düşürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Toqquşma nəticəsində hər iki təyyarənin quyruq hissəsi əzilib.
Gununsesi.info