

Eniş etmək istəyən təyyarə eniş zolağından çıxaraq torpağa girib.
Gununsesi.info “Interfax”-a istinadən xəbər verir ki, yanvarın 4-də axşam saatlarında Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus Moskva-Kalininqrad reysini həyata keçirən Airbus A321 təyyarəsi eniş edən zaman qəzalı eniş edib. Nəticədə təyyarə uçuş zolağından çıxaraq torpağa düşüb.
Təyyarənin uşuş zolağından çıxması Kalininqraddakı Xrabrovo hava limanı fəaliyyətini dayandırmalı olub. Təyyarəni torpaqdan çıxarmaq üçün beş ağır hərbi texnika hadisə yerinə cəlb olunub. Bir neçə saatdan sonra çətinliklə olsa da təyyarəni düşdüyü torpaqdan çıxarmaq mümkün olub. Artıq hava limanının fəaliyyəti bərpa olunub.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Gununsesi.info