Hava limanında qeyri-adi etiraz

  • By admin
  • 19 Avqust 2016 15:44

liman

İstanbulda Atatürk hava Limanında İsveç Xarici işlər naziri Margot Vallströmün bəyanatına özünəməxsus formada etiraz edib.
Gununsesi.info “milliyet”-ə istinadən xəbər verir ki, Atatürk Hava Limanı Beynəlxalq Uçuşlar xəttinin girişində  Guneş qəzetinin reklamını yerləşdirib.  Reklamda “Səyahət xəbərdarlığı: İsveçin dünyada  ən çox təcavüzə məruz qaldığı ölkə olması barədə məlumatınız varmı?”.
Qeyd edək ki, İsveç xarici işlər naziri Margot Vallstörm  z tvitter səhifəsində  Türkiyədə 15 yaşından kişik qızların cinsi  və məişət zorakılığına məruz qaldığı barədə məlumat yayıb. Bununla belə o, Türkiyəni belə hallara qarşı mübarizə aparmağa, həmçinin 15-dan kiçik qızların cinsi zorakılığın qadağan edən qanunun qəbul edilməsini tələb edib. Bu hadisə iki ölkə arasında ciddi diplomatik  gərginliyə səbəb olub.
İsveçin Türkiyəyə qarşı bu cür hərəkətinə etiraz olaraq Günəş qəzeti və Ataterk Hava Limanı birlikdə özünəməxsus qayadad etiraz  forması seçiblər.Onlar bu yolla həm etirazlarını bildiriblər, həm də İsveç haqqında bilgini turustlərin diqqətinə çatdırmağa çalışıblar.
Gununsesi.info