Elektron qeydiyyat sistemində yaranmış problem nəticəsində Tbilisidəki Şota Rustaveli adına beynəlxalq hava limanının fəaliyyəti beş saatdan artıqdır ki, iflic vəziyyətə düşüb.
Gununsesi.info “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, sistemdə nasazlıq gecədən yaranıb.
Elektron qeydiyyat sistemində yaranmış nasazlıq nəticəsində aeroport əməkdaşları sərnişinlərin qeydiyyatını əllə həyata keçirməklə yanaşı, baqajları da əllə aparıblar. Bunun nəticəsində Kiyev, İstanbul, Antalya, Varşava, Şarji və Dubay aviareyslərində də dayanma baş verib.
Hava limanında yaranan problem hələ də tam aradan qaldırılmayıb. Hava limanından verilən xəbərə görə, yaranmış problemin qısa zamanda aradan qaldırılması istiqamətində işlər gedir.
Gununsesi.info