Hava limanının şefi də FETÖ”çü çıxdı VƏ HƏBS OLUNDU

  • By admin
  • 03 Aprel 2017 15:46

son-dakika-havalimani-muduru-feto-den-gozaltinda-8861851

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Qazipaşa bölgəsində FETÖ ilə bağlı aparılan əməliyyatlar nəticəsində 5 nəfər nəzarətə götürülüb.

Qazipaşa – Alaniya Hava limanının müdiri C.A ilə Qazipaşa Dövlət xəstəxanasının həkimi A.A., bizmesmen A.Y və M.T, o cümlədən, xilasetmə xidmətinin işçisi G.C.Y səhər keçirilən əməliyyatlar zamanı şübhəli qismində polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Onlar Qazipaşa Dövlət xəstəxanasında müayinə olunub. Nəzarətə götürülənlərin sayının arta biləcəyi qeyd olunub.

Gununsesi.info