Hava meteohəssas insanlarda narahatlıq yaradacaq - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

  • By admin
  • 14 İyul 2017 12:31

havayazgunes_333_733

İyulun 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 

Şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 19-21° isti, gündüz 31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757  mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz  45-50%  olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,

Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°,

Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz  32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz  20-25° isti olacağı gözlənilir.

Gununsesi.info