Hava şəraiti ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gündüzdən 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, Azərbaycanın rayonlarında oktyabrın 25-i gündüzdən 27-si gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.