Hava şarı ilə əylənmək istəyi faicə ilə bitdi: 4 nəfər öldü, 1 yaralı – FOTO

  • By admin
  • 15 Yanvar 2024 09:39

Hava şarı ilə əylənmək istəyən turistlərin sonu ölümlə nəticələnib.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın Arizona ştatının Feniks şəhəri yaxınlığındakı Eloy qəsəbəsində dəhşətli hadisə baş verib.

Səhər saatlarında mənzərədən zövq almaq istəyən turistlərin səyahət etdiyi hava şarı yerə çırpılıb. Hava şarının niyə düşməsi ilə bağlı hələ heç bir açıqlama verilməsə də, səlahiyyətlilər araşdırmaların davam etdiyini açıqlayıb.

Açıqlamada 4 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Federal Aviasiya Administrasiyasının araşdırma apardığı açıqlanarkən, ölənlərdən birinin ailəsi tərəfindən şəxsiyyətinin müəyyən edildiyi və 28 yaşlı tibb bacısı Katie Bartrom olduğu açıqlanıb.

Həmçinin bildirilib ki, digər zərərçəkənlərin kimliyi onların yaxınlarına xəbər verilənə qədər gizli saxlanılacaq.

Gununsesi.info