Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Gununsesi.info-nun xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib ki, dispers toz hissəcikləri Xətai rayonunda 1,5 dəfə,  Nizami rayonunda isə 2,4 dəfə  normadan yüksək qeydə alınıb.

HTML tutorial

“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcək”, – deyə o əlavə edib.