Havada toz dumanı müşahidə edilir

İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.

HTML tutorial

Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən, hazırda havada tozun miqdarı sanitar normadan 4,3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Gununsesi.info