Havada tozun miqdarı sanitar normanı bir neçə dəfə keçib - EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ

  • By admin
  • 10 Avqust 2017 15:14

tozlu_hava_140317

Bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib.

Bu barədə Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, buna səbəb yer səthindən tozun havaya qalxması olub.

Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib.

Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.

Gununsesi.info