Havanın pisləşməsi ilə əlaqədar gəmilərə XƏBƏRDARLIQ

  • By admin
  • 14 Yanvar 2022 09:42

Yanvarın 13-ü günün ikinci yarısından yanvarın 15-i səhər saatlarına qədər Xəzər dəniz akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.

ASCO-dan Gununsesi.info-ya verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün.

Qeyd olunur ki, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin edilməlidir.

Gununsesi.info