Havanın temperaturu 4-6 dərəcə enəcək - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

  • By admin
  • 14 Sentyabr 2016 14:33

xeberdarliq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən  Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da və 17-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək.

Sentyabrın 15-i gündüz şimal və qərb rayonlarından başlayaraq sentyabrın 18-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Gununsesi.info