“Hayır”mı, “Evet”mi? Təki Türkiyəmiz, Türkiyə demokratiyası üçün xeyirli olsun!

  • By admin
  • 13 Aprel 2017 16:45

kamil-hemzeoqlu

Srağagün Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ATV-də (Türkiyənin) “Gənclərlə böyük buluşma”sını izlədim, seyr etdim…

Ərdoğan bəlkə də ilk dəfə idi, bəlkə də mənə elə gəlirdi…çox sakit və rahat, hay-küysüz danışırdı…

Cavablarında, ifadələrində də bir çox hallarda səmimi, arqumentli və məntiqli görünürdü, təsir bağışlayırdı…

erdo-boyuk

Xüsusən də, Türkiyə Böyük Millət Məclisi (TBMM) üzvlərinin sayının 550-dən 600-ə qaldırılması məsələsində…Həqiqətən də, ərazisi 780 min kv km və əhalisi 80 milyon olan bir ölkə üçün (təxminən 150 min vətəndaşa bir millət vəkili düşür) 550 deputat azdır… Şəxsən mən belə hesab edirəm ki, bu rəqəm nəinki 600-ə, hətta, 700-750-ə qaldırılmalıdır… Eyni zamanda, TBMM-ə gənclərin yolunun açılmasında, yəni, millət vəkili yaşının 18-ə endirilməsində Ərdoğanın arqumentləri əsaslı və tutarlı idi…

erdoqan-boyuk
Həm də ölkə başçısının “partiyalı” olması məsələsində onun fikirləri arqumentli idi… O, “necə olur ki, baş nazir partiyalı, hətta, partiya sədri ola bilir və heç kim ona etiraz etmir, tərəfli saymır, ancaq prezident partiyalı olan kimi ona etiraz edilir və o tərəfli (tərəfkeş) sayılır…” -deyə, növbəti dəfə öz mövqeyində israr etdi və referendumda “Evet” çıxarsa, AKP-yə yenidən dönüşünün siqnalını da verdi…

erdogan balikesir
Təbii ki, onun fikirlərində razılaşmadığım, qəbul etmədiyim məqamlar da oldu, xüsusən də, peyğəmbərimizlə bağlı bir əhvalatı özünə transfer etmək cəhdini doğru saymadım və bunun özü də Türkiyə cəmiyyətində haqlı etiraza səbəb oldu… Amma yenə deyirəm, onu bəlkə də ilk dəfə idi ki, bu qədər səbrli, sakit və səmimi görürdüm…

erdogan

erdogan-bahceli-gorusmesi-basladi-7923633

Yeri gəlmişkən, “böyük buluşma” zamanı seneqallı bir gənc tələbənin Ərdoğanla bağlı səmimi fikirləri məni də gerçəkdən kövrəltdi (hərçənd ki, Ərdoğan və AKPpərəst olmasam da…, mən daha çox MHPpərəstəm, bunu da gizlətmirəm, amma Baxçalısevdalı da deyiləm…)… O, dedi ki, “Sizi nəinki Türkiyənin lideri, dünya lideri hesab edirik”…Bu, təkcə Ərdoğana verilən qiymət deyildi, bu, həm də Türkiyəmizə verilən bir dəyər idi…Mən bunu bu cür dəyərləndirirəm şəxsən…

hayir

meral-4

…Heç şübhəsiz ki, “Hayır”çılar cəbhəsinin də arqumentlərində əsaslandırılmış, haqlı, tutarlı fikirlər, mövqelər var…Onları da kəsib atmaq, nəzərə, diqqətə almamaq olmaz…

Ancaq qərar və seçim qardaş Türkiyə vətəndaşlarınındır, Türklərindir…

Cəmi 3 gün sonra “Hayır”mı, “Evet”mi deyəcək Türkiyə cəmiyyəti, bu, onların öz seçimidir və onların da seçiminə hörmət etmək hər kəsin borcudur…

Əsas isə odur ki, sandıqdan nə çıxır-çıxsın, təki Türkiyəmiz, qardaşlarımız, Türk və Türkiyə demokratiyası üçün xeyirli olsun.
Amin!

 

Kamil HƏMZƏOĞLU

Gununsesi.info