“Hayşen” qasırğası ilə əlaqədar Yaponiyada 1,6 milyon insan evakuasiya edilir

  • By admin
  • 06 Sentyabr 2020 16:30

Bu gün “Hayşen” qasırğasının yaxınlaşması ilə əlaqədar Yaponiyanın yerli hakimiyyət orqanlarına ölkənin cənub və cənub-qərbində yerləşən yaşayış məntəqələrindən 1,67 milyon sakinin evakuasiya edilməsi barədə tapşırıq verilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Evakuasiya planı Saqa, Naqasaki, Kumamoto, Oita, Miyadzaki və Kaqosima əyalətlərini əhatə edir. Eyni zamanda ölkənin cənub və cənub-qərbində yaşayan 5,6 milyon insana qasırğa ilə əlaqədar tövsiyələr verilib.

Yaponiya Milli Meteorologiya İdarəsi sutka ərzində 600 mm-ə qədər yağıntı düşəcəyi barədə xəbərdarlıq edib. Bəzi rayonlarda küləyin sürəti saniyədə 50 metrə çatır.

Bu gün “Hayşen” qasırğası ilə əlaqədar 550-dən çox daxili aviareys təxirə salınıb, sentyabrın 7-dən isə ölkənin cənub və cənub-qərbində qatarların hərəkəti dayandırılacaq.  

 

 

Gununsesi.info