Rustaveli prospektində, parlament binasının yaxınlığında müxalifətin təşkil etdiyi etiraz aksiyası keçirilir.
Gununsesi.info Gürcü mediasına istinadən xəbər verir ki, hazırda Rustaveli prospektində nəqliyyatın hərəkəti bağlanıb.
Etirazçılar oktyabrın 26-da keçirilən seçkilərin nəticələrini tanımadıqlarını və 11-ci parlamenti qeyri-legitim hesab etdiklərini bildirirlər. Yeni parlamentin ilk iclasına etiraz əlaməti olaraq insanlar qanunverici orqana bitişik ərazidə gecələyiblər.
Gürcüstan parlamenti yaxınlığında polis səfərbər edilib.