Hazırda Xankəndi və Xocalıda minatəmizləmə işləri aparılır -Sədr

“Antiterror əməliyyatlarının aparıldığı ərazilərdə 6 yaşayış məntəqəsinin minalardan təmizlənməsinə başlanılıb”.

 

Gununsesi.info  xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

 

O bildirib ki, bundan əlavə, orada fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri müxtəlif yerlərə gedirlər və ANAMA da onları müşayiət edərək dəstək verir:

 

“Hazırda Şuşanın kəndləri, Xankəndi, Kərkicahan, Malıbəyli, Xocalıda minatəmizləmə işləri aparılır. Mərhələli şəkildə digər ərazilərdə də işlərə başlanılacaq”.

 

 

Gununsesi.info