HDP məclisdən getdi

  • By admin
  • 06 Noyabr 2016 12:59

hdp

 

Xalqların Demokratik Partiyası (HDP) Türkiyə parlamentində fəaliyyətini dayandırıb.

Gununsesi.info xəbər verir ki, HDP-nin mətbuat katibi Ayxan Bilgen bu qərarla bağlı qısa danışıb: “Bu qərarı verdik, amma hər gün xalqımızla birlikdə olacağıq”.

Xatırladaq ki, 2 gün öncə terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində HDP sədri Səlahəddin Dəmirtaş və bir neçə deputat haqda həbs qərarı verilib.

 

Gununsesi.info