HDP millət vəkilinə hökm oxundu - 7 İL 6 AY

  • By admin
  • 14 İyul 2017 13:36

008

Türkiyədə PKK Terror Təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyasından (HDP) olan bir millət vəkilinin məhkəməsi olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, HDP-nin qrup sədr müavini və Diyarbəkirdən olan millət vəkili Çağlar Dəmirəl cinayət məcəlləsinin “terror təşkilatına üzvü olmaq” maddəsi ilə Diyarbəkir 5-ci Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılıb.

Çıxarıldığı məhkəmədə Diyarbəkirdən olan millət vəkili Çağlar Dəmirəl 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Anar

Gununsesi.info