Türkiyədə millət vəkili Səmra Gözəlin PKK-lı terroristlə görüntüləri ortaya çıxıb -Fotolar

  • By admin
  • 09 Yanvar 2022 14:05

Türkiyə Silahlı Qüvvələrinin 2017-ci ildə Adıyamanın çöl bölgələrində həyata keçirdiyi havadan dəstəkli əməliyyatda zərərsizləşdirilən terrorçunun HDP Diyarbəkir millət vəkili Semra Güzellə birlikdə terror düşərgəsindəki fotoları üzə çıxıb.

Gununsesi.info xəbər verir ki, Adıyaman Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində araşdırılan HDP Diyarbakır Millət vəkili Semra Güzel və PKK terrorçusu Volkan Boranın Şimali İraqdakı təşkilat düşərgəsində çəkilən fotoları cib telefonunda görünüb.

Öldürülən terrorçu Volkan Boranın Harran Universitetinin Ünsiyyət fakültəsində, HDP millət vəkili Semra Güzelin isə eyni vaxtda Harran Universitetinin Tibb fakültəsində oxuduğu və tanış olduqları məlum olub. Universiteti bitirdikdən sonra quruma yaxınlığı ilə tanınan bir media qurumunda müxbir işləyən Volkan Boranın sonradan quruma qatıldığı öyrənilib.

Ankara Respublika Baş Prokurorluğu tərəfindən keçən həftə hazırlanaraq toxunulmazlıqlarının götürülməsi üçün Böyük Millət Məclisinə göndərilən 28 millət vəkili arasında Semra Güzel də var.

Gununsesi.info