“Təhsil sistemi dünyəvi olmalıdır”.
Bakı Ali Neft Məktəbindən Gununsesi.info-ya bildirilib ki, bunu BANM-in idarəçiliyinə verilmiş Qafqaz Universitetində keçirilən tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov deyib. Onun sözlərinə görə, heç bir təhsil sistemi, heç bir ali məktəb dini cərəyanlara qoşula bilməz və dini sektaların fəaliyyətinə qəti yol vermək olmaz.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.
Gununsesi.info