“Heç bir kişi mənim pulumu yeyə bilməz” - YONCA EVCİMİK - FOTOLAR

  • By admin
  • 14 Avqust 2017 11:24
130008_24g02tz35m
53 yaşlı müğənni Yonca Evcimik şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən məlumatına görə, ifaçı müsahibəsində ancaq özündən balaca kişilərlə münasibətdə olmağı sevdiyini deyib:
“Sevgililərim mütləq məndən balaca olmalıdır. Yaşıdlarımnla alınmır. Anam belə şeylərə hirslənir. Amma daha o da öyrəşdi”.
Yonca ona pulu üçün yaxınlaşanlarla münasibət qurmadığını deyib: “Pulumu kişilərə yedirtmərəm. Heç bir kişi mənim pulumu yeyə bilməz. Keçmişdə belələri çox olub. Bilmirəm bundan sonra kiməsə aşiq olub ailə qurararam, ya yox”.
Evcemik yaşına rəğmən hələ də ana ola biləcəyini deyib: “Doğuş ehtimalım 90%-dir. Hormon istifadə etmirəm. Bir gün klimaks dövrünü də keçirəcəyəm. İstəsəm, bu dəqiqə ana ola bilərəm. Sperma bankasından hamilə qalaram. Kiminsə nəsə deməyi vecimə deyil”.
Gununsesi.info