“Heç kimə sərbəstliyimi qurban verə bilmərəm” - ELNARƏ ABDULLAYEVA

  • By admin
  • 17 Noyabr 2017 17:16

Əməkdar artist Elnarə Abdullayeva “Zarafat-zarafat” verilişinin qonağı olub.

Gununsesi.info xəbər verir ki, xanəndə aparıcı Mətanət Əliverdiyevanın “Heç hərdən arzulayırsan ki, kaş anam məni oğlan kimi dünyaya gətirərdi” sualına brlə cavab verib:

“Hərdən qəlbimdən keçib ki, dünyaya xanım kimi baxım. Dünyaya qadın kimi baxa bilmirəm. Həmişə çalışmışam ki, kişinin evdə xanlığını saxlayım. Köhnəfikirli adamlardanam. Adam var deyir ki, keçmişimi vərəqləmək istəmirəm. Amma mən keçmişimi şərəflə vərəqləyirəm”.

Abdullayeva müğənnilikdən başqa bir çox işlərdə çalışa biləcəyini deyib: “Saç düzümü, makiyaj edə bilirəm. Rəssamlığım var. Yeri gəlsə, xalça da yuyuram. Mən heç vaxt ac qalmaram. Göyərti əkib, becərib, onu dərib üstünə yumurta vurub yeyə bilməyəcəm? Hər iş edərəm”.

E.Abdullayeva duet oxumamasının səbəbini açıqlayıb: “Heç vaxt duet oxuya bilmərəm. Çiynimə elə ağır yükü alıb dartmaram. İstədiyim işi istəyəndə görən biriyəm. Heç kimə sərbəstliyimi qurban verə bilmərəm. Gərək hara gedirsən, duet ortağına deyəsən. Mənim belə həvəsim yoxdur”.

Gununsesi.info