“Heç nə edə bilməyəndə də, insanlara ən azı ümid verməliyik” - MM-in komitə sədri

  • By admin
  • 16 Sentyabr 2016 21:45

rafael-huseynov-yeni

“Çox həssas dövrdə yaşayırıq, çox həssaq dönəmə qədəm qoymuşuq. Bu həssaslığı da nəzərə alaraq, hər bir millət vəkili kifayət qədər diqqətli və fəal olmalıdır. Xüsusilə də, insanlara, seçiçilərə qarşı daha həssas münasibət göstərilməlidir“.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, bunu akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov dilə gətirib.

Onun sözlərinə görə, ölkədə bəzi problemlər də var, eyni zamanda, böyük uğurlar, inkişaf da.

“Azərbaycanda həyat, güzəran gözəlləşir, yaxşılaşır. Bu gözəlik, yaxşılaşma, eləcə də, bəzi probnlemlər insanlarda təbii olaraq yeni arzular, yeni istəklər doğurur. Ona görə də həmin insanlara qarşı hər birimiz həssas münasibət göstərməliyik, onlarla fəal iş aparmalıyıq, danışmlayıq, başa salmalıyıq, anlatmalıyıq. Heç nə edə bilməyəndə də, ən azı onlara ümid verməliyik. Çünki inkişafın, gələcəyin yolu ümiddən keçir. Odur ki, bu həsass dönəm bizdən həssas münasibət tələb edir ki, xüsusilə də, millət vəkillərindən“-deyə, akademik daha sonra sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

Gununsesi.info