
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis sabiq komandasına qayıtmayacağını deyib.
“Heç vaxt “Barselona”ya məşqçi kimi qayıtmayacam. Həyatımın bu dövrünü keçmişəm”.
Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunu çalışdırıb. Onun rəhbərliyi altında “Barsa” bir çox titullara yiyələnib.
Gununsesi.info