“Heineken” “Formula-1”-ə sponsorluq edəcək

  • By admin
  • 10 İyun 2016 14:45

 

HEINEKEN BEER

 

Hollandiyanın nəhəng pivə şirkəti “Heineken” “Formula-1” ilə çoxillik sponsor müqaviləsi imzalayıb. Müqavilə 2016-cı il mövsümünün Kanada Qran-prisi yarışından qüvvədə olacaq. Gununsesi.info xəbər verir ki, müqavilə çərçivəsində “Heineken” çempionatın baş sponsoru, habelə “Gran Premio Heineken D’Italia 2016” adlandırılacaq İtaliya Qran-prisi də daxil olmaqla üç Qran-pri mövsümünün baş sponsoru olacaq. Pivə şirkətinin loqotipləri Əbu-Dabi istisna olmaqla, yerdə qalan mərhələlərin altısında trasda yerləşdiriləcək. “Heineken” çempionatın tam tərəfdaşı qalaraq komandalara sponsorluq etməyəcək. “Formula-1”in sabiq pilotları Devid Kultxard və ser Ceki Stüart “Heineken” brendinin səfirləri təyin edilib.  (championat.com)

 

 

 

Gülnaz Qənbərli