
Hollandiyalı pivə emalçısı “Heineken” əməliyyatlarını simvolik qiymətə sataraq Rusiyadan tamamı ilə çıxdığını söyləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şirkət açıqlamasında satışı “Arnest Qrupu”na etdiyini bildirib.
“Heineken” Moskvanın Ukraynaya hücumundan sonra 2022-ci ilin martında Rusiyadakı əməliyyatlarını qapatmaq istədiyini açıqlamışdı.
Artıq prosesin gözlənildiyindən daha uzun çəkdiyini qəbul edib.
Baş icraçı Dolf Brink açıqlamasında “Son olaylar böyük emal şirkətlərinin Rusiyadan çıxarkən qarşılaşdığı önəmli çətinlikləri göstərir“, deyib.
“Heineken”in Rusiydan ayrılması fövqəladə itkilərə səbəb ola bilər.
“Heineken” dünyanın ikinci ən böyük pivə emalçısıdır.
Rusiyada 7 pivə fabriki və 1800 işçisi vardı.
Tərcümə: Arzu