
Puerto-Rikoda təyyarə qəzası baş verib.
Gununsesi.info “Associated Press”ə istinadən xəbər verir ki, hadisə paytaxt San Xuan şəhərinin yaxınlığındakı Rio-Qrande şəhərində baş verib.
“JetRanger” helikopteri texniki nasazlıqdan sonra yerə çırpılıb. Hadisə nəticəsində helikopterdə olan 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Çimərlikdə olanlardan isə xəsarət alan olmayıb.
Faktla bağlı Federal Aviasiya İdarəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info