Helikopter qəzaya uğradı: 4 polis əməkdaşı öldü

  • By admin
  • 23 Fevral 2024 08:55

Kolumbiyanın Antioquia inzibati bölgəsində helikopterin qəzaya uğraması nəticəsində 4 polis məmuru həyatını itirib.

Gununsesi.info bildirir ki, Kolumbiya Milli Polisinin baş direktoru  Uilyam Salamanka X sosial media hesabında verdiyi açıqlamada hava qüvvələrinə məxsus Black Hawk tipli helikopterin Antiokiyadakı San Pablo kəndində qəzaya uğradığını təsdiqləyib.

Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Prezident Qustavo Petro sosial media hesabında ölən polislərin ailələrinə başsağlığı verib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

 

Gununsesi.info