Helikopter qəzaya uğradı: 6 nəfər həlak oldu

  • By admin
  • 28 Dekabr 2019 09:37

Xilasedicilər dekabrın 26-da radarlardan itən helikopter qəzasında ölən altı nəfərin cəsədini tapıb.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bu barədə Havay ştatının Kauai adası yanğınsöndürmə xidmətinin rəhbəri Solomon Kanoho bildirib.

Daha əvvəl helikopterin Havayda yoxa çıxdığı və göyərtəsində yeddi nəfərin ikisinin uşaq olduğu bildirilmişdi. Helikopter təyin olunmuş vaxtda Kauai adasında Na Pali sahili üzərində ekskursiyadan qayıtmamışdı.