Helikopterdəki ölənlərin adları açıqlandı - 4 NƏFƏR RUSİYA VƏTƏNDAŞIDIR

  • By admin
  • 10 Mart 2017 15:48
helekopter
İstanbulda qəzaya uğrayan helikopterdəki ölənlərin şəxsiyyəti bəlli olub.
 
Gununsesi.info “milliyet”-ə istinadən xəbər verir ki, Əczaçıbaşçı şirkətinə məxsus Sikorsky S-76,  helikopter bu gün səhər saatlarında İstanbulun  Böyükçəkməçi rayonunda  magistrala düşüb. Helikopterin bortunda 7 nəfər;- iki pilot və 5 sərnişin olub. Onlardan dördü isə Rusiya vətəndaşı olub. Bunlar VitrA  (“Əczaçıbaşı” holdinqinin Rusiya üzrə şirkətinin-red.) baş direktoru  Salim Ozen, Aleksandr Vanin, İqor Koçerqin, Lyudmila Çurova və Yelena Badraqa olub.
 
Gununsesi.info