HƏMAS 7 oktyabr hücumunun memarı Yəhya Sinvarı yeni lider təyin edib

  • By Günel
  • 07 Avqust 2024 11:23

Sinvar 7 oktyabrda 1200 nəfərin ölümünə və təxminən 250 nəfərin girov götürülməsinə səbəb olan hücumların planlayıcısı olduğu səbəbi ilə İsrailin ən çox axtarılanlar siyahısında birinci yerdədir.

Gununsesi.info xəbər verir ki, HƏMAS oktyabrın 7-də İsrailin cənubundakı hücumları planlaşdıran və Qəzzadakı ən yüksək vəzifəli məmuru Yəhya Sinvarı yeni lider seçib.

Qurumun açıqlamasına görə, Sinvar keçən həftə İranda İsrailin hücumu zamanı öldürüldüyü bildirilən İsmayıl Haniyənin yerinə Siyasi Büro rəhbəri olacaq.

Ötən həftə İsrail HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deifin də iyul ayında Qəzzaya endirilən hava hücumunda öldürüldüyünü açıqlamışdı.

Geçtiğimiz hafta İsrail, Hamas’ın askeri kanadının lideri Muhammed Deif’in de Temmuz ayında Gazze’de düzenlenen bir hava saldırısında öldüğünü doğruladığını açıklamıştı.

Ölümündən əvvəl uzun illər Qətərdə yaşayan Haniyədən fərqli olaraq Sinvar Qəzzanı tərk etməyib. O, 2017-ci ildən HƏMAS-ın bölgədəki lideri olsa da, nadir hallarda ictimaiyyət qarşısına çıxıb

 

Günel Həsənova

Gununsesi.info