
İsrailin Qəzzaya hücumlarını bərpa etdikdən sonra HƏMAS bəyanat yayıb. Həmas Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoffun Qəzzada atəşkəs təklifini rədd etmədiyini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın sözçüsü Əbdüllətif Əl-Qanu verdiyi yazılı açıqlamada, İsrailin baş naziri Binyamin Netanyahunun razılaşmanın uğursuz olması üçün Qəzza zolağına yeni hücuma keçdiyini xatırladıb.
Kanu, HƏMAS-ın Witkoff-un əsir dəyişdirmə təklifini rədd etmədiyini vurğulayaraq, əlavə etdi: “Hərəkat vasitəçilər ilə daim təmasdadır, təcavüzün dayandırılması və blokadanın qaldırılması ilə bağlı təkliflərə məsuliyyətli və müsbət yanaşır. İşğalçılar keçidləri bağlayıb, mühasirəni sərtləşdirib, yardımların girişini əngəlləyib və müharibənin ikinci mərhələsini pozmaq məqsədi ilə müharibənin qalan mərhələsini rədd ediblər”.
Həmas sağ qalan İsrail əsgəri, eyni zamanda ABŞ vətəndaşı olan Edan Alexander və daha dörd ABŞ-İsrail vətəndaşının qalıqlarının təhvil verilməsi təklifinə müsbət cavab versə də, Witkoff bu cavabı “qəbuledilməz” adlandırıb.
Orxan