HƏMAS daha 3 israilli girovun adını açıqladı

  • By Admin2
  • 31 Yanvar 2025 13:44

Həmas şənbə günü azad ediləcək üç israilli girovun adlarını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları atəşkəs razılaşması çərçivəsində şənbə günü azad ediləcək üç israilli girovun adlarını açıqlayıb.

Qassam Briqadalarının sözçüsü Ofer Kalderon, Keyt Sigel və Yarden Bibasın azad ediləcəyini bildirib.

Orxan Saffari

Gununsesi.info