HƏMAS-ın hərbi qanadının lideri öldürülüb

  • By ilhame
  • 01 Avqust 2024 13:02

HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deif iyulun 13-də Xan Yunis şəhərinə hava hücumu zamanı öldürülüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında bildirilib.

 

“İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri iyulun 13-də Xan Yunis bölgəsinə zərbələr endirib və vəziyyətin kəşfiyyat qiymətləndirilməsindən sonra Məhəmməd Deifin zərbə nəticəsində öldürüldüyü təsdiqlənib”, – məlumatda bildirilib.

Gununsesi.info