İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatının iqtisadiyyat naziri Abed Əl-Zerini öldürdüyünü açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələri öz Telegram kanalında məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri İDF kəşfiyyatının göstərişi ilə HƏMAS-ın hərbi qanadının istehsalat şöbəsində işləyən, eyni zamanda Qəzza zolağında hərəkat üçün İqtisadiyyat naziri vəzifəsini icra edən Abed Əl-Zeri məhv edib”, – deyə məlumatda qeyd olunub.
İDF həmçinin əlavə edib ki, Əl-Zerinin “Qəzzə zolağına humanitar yardımın qarşısının alınmasında” mühüm rol oynadığı iddia edilir və həmçinin “terror məqsədləri üçün” silah yaratmaq üçün yanacaq, qaz və digər vasitələrin paylanmasına cavabdehdir.
Şəbnəm
Gununsesi.info