HƏMAS İsrailə əsir mübadiləsi üçün 3 şərt irəli sürdü

  • By admin
  • 20 Fevral 2024 09:31

HƏMAS bəyan edib ki, müharibə dayanana qədər İsraillə əsir mübadiləsi razılaşmasını qəbul etməyəcəklər.

Gununsesi.info-nun xəbərinə görə, İsraillə məhbusların mübadiləsi üçün HƏMAS şərt qoyub ki, Təl-Əviv rəhbərliyi Qəzza zolağına davam edən hücumlarını dayandırmalı, Qəzzaya yardım göstərməli və İsrail həbsxanalarındakı fələstinli məhbusları azad etməlidir.

HƏMAS-ın “Telegram” hesabından edilən açıqlamaya görə, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye israilli məhbusların azad edilməsi ilə bağlı Qətərdə yerləşən Əl-Cəzirə televiziyasına açıqlama verib.

Qeyd edək ki, fevralın 13-də Misirin paytaxtı Qahirədə Tel-Əviv rəhbərliyi ilə HƏMAS arasında yeni əsir mübadiləsi razılaşması çərçivəsində görüş keçirilib. ABŞ, Qətər və Misir, eləcə də İsrail rəsmilərinin iştirak etdiyi görüşdən heç nə alınmayıb. Bu görüşdən sonra İsrailin baş naziri Benyamin Netanyahu Qahirədə aşağı səviyyəli rəsmilərin iştirak edəcəyi məhbus mübadiləsi danışıqlarına nümayəndə heyəti göndərməkdən imtina edib.

Gununsesi.info