HƏMAS bildirib ki, danışıqlar aparan şəxslər hər iki tərəfin yeni şərtləri olmadan ABŞ-ın ilkin təklifi əsasında “Qəzza zolağında dərhal atəşkəsə” hazır olduqlarını təsdiqləyiblər.
Gununsesi.info xəbər verir ki, bu barədə çərşənbə günü Reuters agentliyi məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, danışıqlarda 11 aydır davam edən münaqişəyə son qoymaq üçün hələlik razılıq əldə olunmayıb.
Jurnalistlər qeyd edir ki, həll edilməmiş məsələlər arasında Qəzza-Misir sərhədində Filadelfiya dəhlizinə nəzarət də var.
ABŞ-ın Qəzza üzrə baş müzakirəçisi, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns yaxın günlərdə daha ətraflı atəşkəs təklifinin təqdim ediləcəyini bildirib.
ABŞ prezidenti Co Baydenin iyun ayındaki əvvəlki təklifində israilli girovların azad edilməsi müqabilində üç fazalı atəşkəs tələb olunurdu.
Gununsesi.info