HƏMAS Qəzzadakı hökumətini buraxdı

HƏMAS Qəzzadakı hökumətini buraxdığını elan edib. 

Gununsesi.info xəbər verir ki, bu  barədə CNN telekanalı məlumat yayıb.

HƏMAS-ın Hökumət Media Ofisinin (GMO) rəhbəri İsmayıl əl-Svabta bildirib ki, militant qruplaşma idarəetməni razılaşmaya əsasən anklava rəhbərlik etməli olan Fələstin texnokratik komitəsinə təhvil verib. HƏMAS-ın bəyanatında atəşkəs razılaşmasının ikinci mərhələsinin əsas tələblərindən biri olan və qruplaşmanın indiyə qədər rədd etdiyi tərksilahdan bəhs edilməyib.

 

Gununsesi.info