HƏMAS rəhbərinin ölümünə görə bu ölkələrdə matəm elan edildi

  • By ilhame
  • 31 İyul 2024 13:28

Fələstin prezidenti Mahmud Abbas Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar dövlət səviyyəsində matəm elan edib və bayraqların yarıya endirilməsini əmr edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

 

Yayılan məlumatda bildirilir ki, matəm avqust ayının 1-dək davam edəcək.

 

Həmçinin, Haniyənin ölümü ilə bağlı İranda da iyulun 31-dən avqustun 2-dək dövlət səviyyəsində matəm elan edilib.

Gununsesi.info