HƏMAS təklifi qəbul edir: Bir amerikalı girov və 4 meyit təhvil verilməlidir

  • By Admin2
  • 14 Mart 2025 15:56

Həmas Qəzza zolağında atəşkəs danışıqlarının yenidən başlaması üçün vasitəçilərdən təklif aldığını və qəbul etdiyini açıqlayıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, HƏMAS həmçinin bəyanatında bildirib ki, girov götürdüyü İsrail əsilli Amerika vətəndaşı Edan Aleksandrı azad etməyə və 4 girovun cəsədini təhvil verməyə razılaşıb.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff Həmas-a beş girov və daha 10 girovun cəsədinin təhvil verilməsi müqabilində Qəzza zolağında atəşkəsin uzadılmasını nəzərdə tutan yeni təklif təqdim edib.

Vitkoffun bu təklifi Qətərin paytaxtı Dohada vasitəçilərə və İsrail nümayəndə heyətinə çatdırdığı bildirilib.

ABŞ-ın təklifinə görə, İsrail və HƏMAS uzadılmış müddətdən Qəzzada uzunmüddətli atəşkəs üçün danışıqlar aparmaq üçün istifadə edəcək. Əgər uzunmüddətli atəşkəs razılaşması əldə olunarsa, uzadılmış atəşkəsin son günündə qalan bütün girovlar azad ediləcək.

Orxan

Gununsesi.info