HƏMAS yeni döyüş meydanı yaradıb

HƏMAS yeraltı tunellərdən istifadə etməklə yeni döyüş meydanı yaratmağa nail olub.

Gununsesi.info  xəbər verir ki, bunu NATO-nun Avropadakı keçmiş baş komandanı Ceyms Stavridis deyib.

Alyansın keçmiş baş komandanının fikrincə, HƏMAS-ın bu cür taktikaları silahlıların effektivliyini artıran qabaqcıl texnologiyalarla birlikdə strateji planlaşdırmada hərbçilərə yeni problem yaradır: “Həmas qüvvələri zahiri ənənəvi mübarizədən tamamilə fərqli bir döyüş meydanı yaratmağı bacarıb”.

İsrail Müdafiə Qüvvələrinin açıqladığı sənədlərə görə, HƏMAS “tunel müharibəsi” imkanlarını maksimum dərəcədə artırmağa çalışıb.

Bildirilir ki, qrup gecəgörmə avadanlığı, saniyəölçən, GPS izləyiciləri və mürəkkəb kamuflyajdan istifadə etməklə qoşunlara yeraltı döyüşlərdə təlim keçib və partlayışa davamlı qapılar quraşdırıb.

Stavridis, terrorçuların və “yarmaz dövlətlərin” eyni yolla gedə biləcəyini vurğulayaraq, bu gün müharibə üçün nəzərdə tutulmuş ən mürəkkəb tunel sisteminin Şimali Koreyada yerləşdiyini bildirib.

 

 

Gununsesi.info